Famil Məmmədov: "COVID-ə yoluxan İİV xəstələrində ağırlaşma halları daha çox olur"

Famil Məmmədov: "COVID-ə yoluxan İİV xəstələrində ağırlaşma halları daha çox olur"
# 01 dekabr 2021 16:50 (UTC +04:00)

“Azərbaycanda İİV virusuna yoluxanlara risk qrupunda olanlar arasında daha çox rast gəlinir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib.

O bildirib ki, Azərbaycanda daha çox inyeksion narkotik istifadəçiləri arasında bu virusa yoluxma hallarına rast gəlinir: “İmmun çatışmazlığı virusu olan şəxs istənilən virus infeksiyalarına yoluxduğu halda ağırlaşma halı daha yüksəkdir. COVID də virus infeksiyasıdır. Belə şəxslərdə digər qruplara nisbətən ağırlaşma halları daha çox olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR