Fazil Mustafa: “Azərbaycanda tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur”

Fazil Mustafa, Milli Məclisin deputatı

© APA | Fazil Mustafa, Milli Məclisin deputatı

# 11 oktyabr 2021 11:19 (UTC +04:00)

“Son dövrdə ən vacib məsələlərdən biri Bakının tıxac məsələsidir. Bu gün sıradan vətəndaşlar, məktəbə uşağını aparan valideynlər, deputatlar da bu problemlə qarşılaşır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, dünyada da tıxac problemi var, amma orda bu işlə məşğul olan bir qurum var: “Azərbaycanda isə tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur. Yol infrastrukturu düzgün qurulmadığına görə yolun tənzimlənməsində yol polisi özü də əziyyət çəkir. Yol bağlanır, alternativ yol qoyulmur. Vaxt itkisi, fəlakətli vəziyyət böyüyür. Təklif edirəm ki, bu sahədə müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, bu problemin həlli üçün 1 il sonra hansı proqramları var? Bakı ağır yüklənmiş şəhərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR