Fazil Mustafa: “Elm sahəsində plagiat baş alıb gedir”

Fazil Mustafa, Milli Məclisin deputatı

© APA | Fazil Mustafa, Milli Məclisin deputatı

# 15 oktyabr 2021 11:22 (UTC +04:00)

“Ali Attestasiya Komissiyası tərəfindən bir nəfərin elmi işi plagiat olduğu üçün ləğv olunur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: “Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!”.
Deputat qeyd edib ki, məmurların qorunması məsələsinə diqqət yetirməliyik: “Yeni rəhbər gələn kimi əvvəlki işçiləri çıxarırlar. Bütün sahələrdə bu problem var. Bu problemi təcili olaraq ortadan qaldırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR