“Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib

“Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib
# 10 sentyabr 2021 14:39 (UTC +04:00)

Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

AMEA-dan APA-ya bildirilib ki, koronavirus pandemiyası şərtləri nəzərə alınaraq imtahanlar AMEA-nın Mərkəzi Elmi Kitabaxanasının (MEK) binasında müxtəlif saatlarda (saat 10:00, 12:00 və 14:00-da) baş tutub.

“Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər iştirak ediblər.

AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov imtahanların gedişi ilə yaxından tanış olub.

5 üzvdən ibarət imtahan komissiyasının sədri, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə imtahana hazırlıq üçün proqramların təqdim olunduğunu bildirib, namizədlərə hazırlaşmaları üçün hər cür imkanın yaradıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, imtahanlarda ümumilikdə 60-dan çox namizəd iştirak edib. "Fəlsəfə" fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR