Fərhad Hacıyev: "İyulun 10-11-də "Yüksəliş"in final mərhələsi keçiriləcək"

"Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev

© APA | "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev

# 07 iyul 2021 12:15 (UTC +04:00)

Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev müsabiqənin final mərhələsinə əvvəl 100 nəfər nəzərdə tutulsa da, daha sonra 112 nəfərin buraxılmasının səbəbini açıqlayıb.

APA-nın məlumatına görə, F. Hacıyev deyib ki, 91-ci adamdan sonra 21 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi daha çox adama şans vermək qərarına gəlib:

”Yarımfinalda 9 kompitensiya üzrə bacarığı olanlar dəvət olunmuşdu. İyulun 10-11-də isə final mərhələsini keçirmək nəzərdə tutulub, bunun üçün artıq icazə alınıb. Həmin günlərdə 112 nəfər final mərhələsinə gələcək, amma təbii ki, PZR testi də verəcəklər. Bu müsabiqədə subyektivlik 0-a bərabərdir, çünki hər iştirakçı bir neçə ekspert tərəfindən yoxlanılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR