Fərhad Hacıyev: ““Yüksəliş”in qaliblərinin adları kadrların ehtiyat bankına əlavə olunacaq”

Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev

© APA | Gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev

# 07 iyul 2021 12:48 (UTC +04:00)

""Yüksəliş" müsabiqəsinin qaliblərinin adları kadrların ehtiyat bankına əlavə olunacaq. Gələcəkdə dövlətin bununla bağlı böyük planları var".

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, qaliblərə, eyni zamanda 20 min manat mükafat veriləcək: "Bundan əlavə, nəinki yarımfinala buraxılan iştirakçılar, ümumilikdə əyani mərhələdə iştirak edən 728 nəfər haqqında geniş məlumat toplaşmışıq, bunlar ictimaiyyətə açıqlanacaq. Dövlət və özəl qurumlar bundan yararlana biləcək. Müsabiqənin bundan sonra da davam edəcəyinə ümid edirik".

F.Hacıyev deyib ki, 60-a yaxın apellyasiya var, onların hər biri cavablandırılıb. "Hər bir apellyasiyaya diqqətlə yanaşılıb”.

Nazir müavini onu da deyib ki, “Yüksəliş” müsabiqəsi yenidən davam etsə, əvvəlki müsabiqədə iştirak edən şəxs sıfırdan başlayacaq: “Qeyd edim ki, müsabiqə çərçivəsində Qarabağla bağlı xüsusi bir tapşırıq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR