Fəzail Ağamalı: “Ali Baş Komandan İlham Əliyevin adı əbədiləşdirilməlidir” 

Fəzail Ağamalı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

© APA | Fəzail Ağamalı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

# 30 sentyabr 2021 16:03 (UTC +04:00)

“Ali Baş Komandan İlham Əliyevin adı əbədiləşdirilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Deputat bununla bağlı Milli Məclis xüsusi qərar qəbul etməsini təklif edib: “Bu, bütün Azərbaycan xalqının istəyidir. Görüşlərdə də əhali Ali Baş Komandana ad verilməsi məsələsini qaldırır”.
Deputat qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi ilə bağlı dövlət səviyyəsində addımlar atılır: “Amma bununla bağlı Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməlidir. Bununla bərabər rəsmi orqanlarımız da , dövlətimiz də şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı addımlar atmalıdır. Birinci Qarabağ müharibəsi şəhidlərinin demək olar ki, hamısının adı əbədiləşib. İndi bizə daha böyük qürur hissi verən şəhidlərimizin hamısının adı əbədiləşdirilməli, medalın çox və ya az olmasına baxılmamalıdır. Onların büstü qoyulmalıdır. Biz onlar qarşısında tarixi, mənəvi borcumuzu yerinə yetirməliyik. 3000 şəhidin adının əbədiləşdirilməsi bizə çox maliyyə yükü gətirməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR