FHN Akademiyasında Anım Günü tədbiri keçirilib - FOTO - VİDEO

FHN Akademiyasında Anım Günü tədbiri

© APA | FHN Akademiyasında Anım Günü tədbiri

# 28 sentyabr 2021 12:42 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Anım Günü tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə akademiyanın rəisi, general-mayor Baba Salayev, Suraxanı rayon İH başçısı Əziz Əzizov, şəhid valideynləri, qazilər və rayon ictimiyyətinin nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Akademiyanın rəisi, general-mayor Baba Salayev 44 günlük Vətən müharibəsi ilə bağlı çıxış edib. B.Salayev qeyd edib ki, haqq və şərəf işimiz olan, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirib, bir yumruq kimi birləşərək böyük zəfər əldə edib.

B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qeyd olunub ki, qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

General çıxışının sonunda şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.

Tədbirdə daha sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük şərəf davasından danışıb. O, müharibədən sonra dövlət tərəfindən şəhid ailələrinə və qazilərə dqqət, qayğı göstərildiyini bildirib, bu barədə məlumat verib.

İcra başçısı bildirib ki, Suraxanı rayonu Vətən müharibəsində 54 şəhid verib və bir itkini var: "Şəhid ailələri dövlət tərəfindən qayğıdan kənar qalmayıb. Onlar mənzillə təmin olunub. Qazilər də qayğıdan kənar deyillər. Onların da yaşayış şəraitinə köməklik göstərilir".

Tədbirdə şəhid Səbuhi Əsədovanın anası Cahan Əsədova, şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, əməkdar artist Ağalar Bayramov, ehtiyatda olan polkovnik-leytenat, Qarabağ qazisi Elmar Hüseynov, Suraxanı rayon Şəhid Anaları Cəmiyyətinin sədri Nəsibə Əliyeva çıxış ediblər.

Onlar çıxışlarında 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gücünü, əzmkarlığını, vətənpərvərliyini və Qələbə əzmini bütün dünyaya göstərib və tarixi ədaləti bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR