FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO - VİDEO

FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO  - VİDEO
# 05 noyabr 2021 12:34 (UTC +04:00)

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın professor- müəllim heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə, Ümummilli lider Heydər Əliyevin FHN Akademiyasının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər.

Sonra Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra FHN Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Sonra çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “Leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Sadıqov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Rəsmi hissə FHN Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları FHN-in İdman-sağlamlıq klubunun idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR