FHN Akademiyasının rəisi beynəlxalq konfransda iştirak edib

FHN Akademiyasının rəisi beynəlxalq konfransda iştirak edib

© APA | FHN Akademiyasının rəisi beynəlxalq konfransda iştirak edib

# 30 noyabr 2021 17:46 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının təşkilatçılığı ilə onlayn rejimdə keçirilmiş "Texnosferin təhlükəsizliyi, problemləri, perspektivləri" adlı V Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən general-mayor B.Salayev fövqəladə hallar probleminin ayrı-ayrı aspektlərinin elmi əsasları ilə bağlı fikir mübadiləsinin aparılması üçün bu cür tədbirlərin yaxşı imkanlar yaratdığını qeyd edib. O, dövlət və texnosfer təhlükəsizliyi sahəsində, xüsusilə də mülki müdafiə işinin təşkilində müasir idarəçilik metodlarının elmi əsaslarının hərtərəfli tədqiqinin aparılmasının vacibliyini bildirib. Eyni zamanda, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sistemlərinin inkişafı və problemlərin səmərəli həlli üçün mülki müdafiə qüvvələrinin aidiyyəti icra hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqəsi ilə yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Sonra konfransda digər çıxışlar dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR