FHN Akademiyasının rəisi: “Uşaqların fövqəladə hallar barədə biliklərinin artırılmasını vacib hesab edirik”

Baba Salayev, FHN Akademiyasının rəisi, general-mayor

© APA | Baba Salayev, FHN Akademiyasının rəisi, general-mayor

# 01 iyun 2021 11:49 (UTC +04:00)

"Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda uşaqların fövqəladə hallar, yanğın təhlükəsizliyi ilə bağlı biliklərinin artırılmasını çox vacib hesab edirik".

Bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının rəisi, general mayor Baba Salayev Gəncədə FHN tərəfindən keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Açıq qapı günü”ndə APA-ya açıqlamasında deyib.

Nazirliyin uşaqlarla bağlı tez-tez bu cür tədbirlər keçirdiyini deyən B. Salayev qeyd edib ki, FHN Akademiyasında hər il dekabrın 20-də “Fövqəladə Hallar uşaqların gözü” ilə adlı tədbir təşkil olunur: "Bundan əlavə, məktəblilər akademiyaya dəvət olunur. Biz onları Fövqəladə Hallar Nazirliyinin, akademiyanın fəaliyyəti ilə tanış edirik. Uşaq evlərində olan uşaqları da tez-tez dəvət edərək müxtəlif maarifləndirici tədbirlər təşkil edirik. Uşaqlarla bağlı fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik. Məqsədimiz uşaqların fövqəladə hallarla bağlı biliklərini artırmaqdır”.

Qeyd edək ki, bu gün FHN-in Gəncə Regional Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsində şəhid olanların övladları üçün “Açıq qapı günü” keçirilib.

FHN İşçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR