FHN-də mülki müdafiə mövzusunda müşavirə keçirilib

FHN-də mülki müdafiə mövzusunda müşavirə keçirilib
# 20 may 2021 17:21 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Şimal-qərb Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları və mərkəzin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin mülki müdafiə qərargah rəisi vəzifələrini icra edən şəxslərin iştirakı ilə müşavirə keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, müşavirədə Baş idarənin əməkdaşları tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi, eləcə də yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR