FHN DİN-in Gəncə Regional Mühafizə İdarəsində maarifləndirmə tədbiri keçirib

FHN DİN-in Gəncə Regional Mühafizə İdarəsində maarifləndirmə tədbiri keçirib

© APA | FHN DİN-in Gəncə Regional Mühafizə İdarəsində maarifləndirmə tədbiri keçirib

# 11 oktyabr 2021 15:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə regional Mühafizə İdarəsində “Obyektlərdə mühafizə işinin təşkili zamanı yanğın təhlükəsizliyinin təmin olunması və yanğın zamanı ilkin hərəkətlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə DİN-in Baş Mühafizə İdarəsi Gəncə Regional Mühafizə İdarəsinin rəhbərliyi, polis əməkdaşları və manqa komandirləri iştirak edib.

Maarifləndirmə tədbirində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Sonra təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb və suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR