FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

FHN "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirib

© APA | FHN "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirib

# 22 iyul 2021 17:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nizami rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, seminar-müşavirədə FHN DYNX-nin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Mircavad Seyidov, İcra Hakimiyyəti başçısının I müavini Qərib Məmmədov, habelə rayonun aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsi, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR