FHN əməliyyat görüntüləri yayıb - VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO
# 19 may 2021 12:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış , 4 halda köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən intihar məqsədilə özünü dənizə atmış 1 nəfər və “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yük maşınında sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR