FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib

FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib
# 26 sentyabr 2021 08:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

FHN-dən APA-ya verilən məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb. Yanğın hadisəsi baş verməyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR