FHN Hirkan Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

FHN Hirkan Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

© APA | Hirkan Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri tədbiri keçirib

# 04 avqust 2021 14:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Hirkan Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR