FHN-in çempion əməkdaşı ilə İdman-sağlamlıq klubunda görüş keçirilb - FOTO

FHN-in çempion əməkdaşı ilə İdman-sağlamlıq klubunda görüş

© APA | FHN-in çempion əməkdaşı ilə İdman-sağlamlıq klubunda görüş

# 30 avqust 2021 12:14 (UTC +04:00)

Finlandiyanın Tempere şəhərində 20-22 avqust 2021-ci il tarixlərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, turnirdə 45 ölkədən 1090-dan çox idmançı mübarizə aparıb.

Yarışda iştirak etmiş FHN-in İdman-sağlamlıq klubunun karate komandasının idmançısı Nihad Kərimzadə +70 kq çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

İdmançının ilk məşqçisi əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Füzuli Musayev 27 avqust 2021-ci il tarixində beynəlxalq turnirdə qalib gəlmiş idmançıyla görüşüb. Qalib idmançını təbrik edən Klub rəisi ona gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR