FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Saatlıda maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Saatlıda maarifləndirmə tədbiri keçirib
# 07 iyun 2021 15:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən “Aqroservis” ASC-nin Saatlı rayon filialında dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınmasına dair növbəti maarifləndirmə tədbiri keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbir zamanı, əvvəlcə kənd təsərrüfatı texnikalarına və əraziyə baxış keçirilərək yanğına qarşı mövcud vəziyyət, o cümlədən ilkin yanğınsöndürmə vasitələri ilə təchizat səviyyəsi və həmin vasitələrin yararlılıq vəziyyəti öyrənilib.

Sonra DYNX-nin əməkdaşları yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verərək maarifləndirici söhbətlər aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR