FHN-in əməkdaşı Azərbaycan çempionu olub - FOTO

FHN-in əməkdaşı Rövşən Xəlilov Azərbaycan çempionu olub

© APA | FHN-in əməkdaşı Rövşən Xəlilov Azərbaycan çempionu olub

# 17 iyun 2021 11:32 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında açıq hava şəraitində “Stronqmen” güc yarışması üzrə Azərbaycan çempionatı keçirilib.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov yarışda rekord nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda, Rövşən Xəlilov 80 kq çəki dərəcəsində Stronqmen idman növü üzrə Log lift, Deadlift (340 kq rekord ) və 2 tondan çox ağırlığı olan maşınıdartma hərəkətində (22 saniyə) 1-ci yerə layiq görülüb. O, öz qələbəsini hərbi salam ilə qeyd edərək bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev bu gün idmançını qəbul edərək, onu qazandığı naliyyətə görə təbrik edib və idmançıya qiymətli hədiyyə təqdim olunub.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı 3 qat Avropa və 4 qat Dünya çempionu, fəxri idman ustasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR