FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

© APA | FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

# 27 sentyabr 2021 17:59 (UTC +04:00)

27 sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Şimal və Cənub Regional mərkəzlərində tədbirlər keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan anım tədbirlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edilib ki, 44 günlük müharibə Azərbaycan xalqı ilə Prezident, Müzəffər Ali Baş Komandan birliyinin bariz nümunəsi idi. Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, parlaq zəkası və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Qəhrəman Ordumuzun misilsiz şücaəti, işğal altında olan Vətən torpaqları uğrunda apardığı ölüm-dirim mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Silahlı Qüvvələrimizin sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edildi, düşmən kapitulasiya sənədi imzalamaq məcburiyyətində qaldı.

Çıxış edənlər dədə-baba torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR