FHN-in Şimal Regional Mərkəzi təlim keçirib - FOTO

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

© APA | FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

# 28 sentyabr 2021 11:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasediciləri və Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayon Dövlət Yanğından Mühafizə hissələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərin iştirakı ilə təlim təşkil edib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə əməliyyatlarına cəlb olunan qüvvələrin nəzəri və praktiki biliklərinin artırılması, ekstremal hallarda xilasetmə işinin daha keyfiyyətlə aparılması üçün təcrübənin yüksəldilməsi olub.

Təlim zamanı şərti qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi ssenarisi üzrə keçirilib. Təlimdə xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə şərti qəza zamanı qarşıya qoyulmuş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.

Sonda təlimin təhlili aparılıb, müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR