FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirir

© APA | FHN istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirir

# 22 noyabr 2021 17:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Qəbələ rayonunda yerləşən "Qafqaz Tufandağ Mountain Resort” və “Qafqaz Riverside” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.

Sonra yanğın baş verdikdə təxliyə planına uyğun insanların binadan çıxarılması, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası tədbir iştirakçılarının diqqətinə çatdırılıb və onların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR