FHN mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirləri keçirib

FHN mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirləri keçirib
# 26 iyul 2021 10:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Şamaxı rayonu ərazisində yerləşən "Sakit göl" istirahət mərkəzində, “Shamakhi Palace Sharadil” və "Rich Garden" otellərində növbəti maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, tədbirlərdə obyekt rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqları, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını bilmələri və bu qaydalara ciddi şəkildə riayət etmələri xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, binanın eləcə də binaətrafı ərazinin təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, işçi heyətə yanğınların ilkin mərhələdə söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR