FHN-nin Qarabağ regional mərkəzi yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

FHN, yanğın təhlükəsizliyi ilə bağlı tədbir

© APA | FHN, yanğın təhlükəsizliyi ilə bağlı tədbir

# 21 may 2021 19:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ regional mərkəzinin əməkdaşları Dövlət Yanğın Nəzarəti Xidməti Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları ilə birgə Bərdə rayon Şirvanlı kəndi ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə kənd təsərrüfatı texnikalarına, ot və taxıl məhsulları əkilmiş sahələrə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti, yanğınsöndürmə vasitələrinin yararlılığı öyrənilib, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR