FHN nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyası

© APA | Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyası

# 28 oktyabr 2021 12:24 (UTC +04:00)

Oktyabrın 26-27-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə BMMT-nin baş katibi Yap Maritu İcraiyyə Şurasının 53-cü sessiyasından sonra görülmüş işlərdən bəhs edərək rəhbərlik etdiyi təşkilatın 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan müddətə dair fəaliyyət hesabatını səsləndirib. Baş katib təşkilatın fövqəladə hallarla mübarizə məqsədilə yaradılacaq dəstəsi, bu sahədə fəaliyyəti tənzimləmək üçün ekspertlər qrupunun təşkilini nəzərdə tutan BMMT-nin regional platformalarının gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sessiyada BMMT-nin daxili reqlamentinə edilən dəyişikliklərlə bağlı sənəd layihəsi üzv dövlətlərin təmsilçilərinə təqdim edilib.

Sessiyanın son günündə, iclasın gündəliyinə əsasən, BMMT İcraiyyə Şurasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR