FHN: Ötən sutka 87 yanğına çıxış olub, 3 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 87 yanğına çıxış olub, 3 nəfər xilas edilib - VİDEO
# 02 iyul 2021 11:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 yanğına çıxış, 1 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR