FHN Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO

FHN Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

© APA | FHN Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

# 13 oktyabr 2021 18:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Quba rayonu Çartəpə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə slayd və videoçarxların müşayiəti ilə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin, fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Bundan başqa, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə də məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR