FHN Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO - VİDEO

Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir

© APA | Qubada yanğın təhlükəsizliyi ilə bağlı tədbir

# 08 dekabr 2021 16:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə Qubada yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbir mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədi daşıyıb.

Qubada yerləşən “Şahdaq Quba” hotelində təşkil olunan tədbirdə çıxış edənlər mehmanxana rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqları, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələrini xüsusi olaraq vurğulanıb. Bina və otaqların təmiz saxlanılması, elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunması, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyi barədə ətraflı məlumat verilib. İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə göstərilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR