FHN sakinlərin şikayəti əsasında Xırdalanda yaşayış kompleksinin zirzəmisində aparılan tikintini dayandırıb - FOTO - VİDEO - YENİLƏNİB

Fərid Süleymanlı - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı

© APA | Fərid Süleymanlı - Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı

# 06 iyul 2021 16:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin şikayəti əsasında əraziyə baxış keçirilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı APA-ya açıqlamasında bildirib ki, binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, qapı-pəncərə boşluqları bağlanıb, sonradan yenidən açılıb. AAAF rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. Eyni zamanda, Abşeron rayon İcra Hakimiyyətinə də bu barədə məlumat verilib”.

F. Süleymanlının sözlərinə görə, agentlik tərəfindən tikintinin dayandırılması ilə bağlı rəsmi qərar verilib və AAAF rəhbərliyinə də göndərilib: “Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın zirzəmisində aparılan tikinti işi dayandırılıb. İşlərin dayandırılması üçün ərazi FHN əməkdaşları tərəfindən lentlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR