FHN səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

FHN səhiyyə müəssisələrində maarifləndirmə tədbirləri keçirir

© APA | FHN səhiyyə müəssisələrində maarifləndirmə tədbirləri keçirir

# 05 noyabr 2021 17:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Astara rayon Mərkəzi Xəstəxanasında, Masallı rayonunda yerləşən Bioloji Təbabət Klinikasında, Lənkəran və Cəlilabad Müalicə Diaqnostika mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirmə tədbirləri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirlərdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə ətraflı məlumat verilib, yanğın baş vediyi zaman zəruri davranış qaydalarından söz açılıb, “112” qaynar telefon xəttinin təyinatından danışılıb. Həmçinin, sözügedən obyektlərdə ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının vacibliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR