FHN Şəmkirdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

FHN, Şəmkirdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir

© APA | FHN, Şəmkirdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir

# 27 may 2021 16:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti “Aqroservis” ASC-nin Şəmkir rayon filialında çalışan işçi heyətinə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirlər dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilib.

“Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən tədbirlərdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR