FHN şirkətlərdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib - FOTO

FHN tədbir

© APA | FHN tədbir

# 25 oktyabr 2021 15:15 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayonunda yerləşən ATEF Metal Konstruksiya Zavodunda, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir şəhərində yerləşən “Platek Pact” MMC-yə məxsus “Nəfis çörək” zavodunda və Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə “Astara Çay” fabrikində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirlərdə istehsalat müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından danışılıb, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Maarifləndirmə tədbirlərində ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR