FHN Tərtər, Yevlax və Göyçay Polis şöbələrində yanğınla bağlı maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbiri

© APA | FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbiri

# 17 noyabr 2021 16:36 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər, Yevlax və Göyçay rayonlarının Polis şöbələrində “Xidməti ərazilərin yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirlər zamanı inzibati binalarda təxliyə planlarından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapıları və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR