FHN:  Vulkan baş verən ərazidə hazırda yanğın davam etmir - VİDEO - YENİLƏNİB

FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov

© APA | FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov

# 05 iyul 2021 12:35 (UTC +04:00)

“İyulun 4-də da vətəndaş tərəfindən dənizdə yanğınla baş verən partlayış barədə məlumat daxil olub”.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov bildirib. Onun sözlərinə görə, dərhal müvafiq qurumlarla əlaqə saxlanılıb: “Bu gün helikopter tərəfindən o yerə baxış keçirilib. Salyan rayonunun sahildən 33 km məsafədə Daşlı adada palçıq vulkanı baş verib. FHN həmin an helikopterlə xüsusi cihazla araşdırma aparıb və məlum olub ki, radiasiya fonu yoxdur”.

Ərazidə hazırda yanğının davam etmədiyini deyən N.Zamanov bildirib ki, FHN və ETSN tərəfindən həmin əraziyə İşçi qrupu ezam olunacaq və mütəxəssislər tərəfindən məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR