FHN Yevlax, Tərtər və Ucarda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib

Yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

© APA | Yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

# 30 avqust 2021 12:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “MKT İK” MMC-nin Yevlax, Tərtər filiallarında və "P-Aqro" MMC-nin Ucar rayonundakı pambıq emalı zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirlər pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil edilib.

Tədbirlərdə sözügedən müəssisələrin məsul şəxsləri və əməkdaşları iştirak ediblər.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri, qığılcımsöndürənlər və digər müvafiq vasitələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin yanğın təhlükəsizliyi ilə bağlı tələblərə ziddi olduğu vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də nəzərə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR