Filippində tropik qasırğa 9 nəfərin həyatına son qoyub, 11 nəfər itkin düşüb

Filippində tropik qasırğa 9 nəfərin həyatına son qoyub, 11 nəfər itkin düşüb
# 12 oktyabr 2021 10:50 (UTC +04:00)

Filippində leysanla müşayiət olunan “Kompasu” tropik qasırğası 9 nəfərin ölümünə səbəb olub.

APA-nın məlumatına görə, AFP yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, daha 11 nəfər itkin düşmüş sayılır.

Təbii fəlakətlər mübarizə üzrə milli idarədən bildirilib ki, dörd nəfər Banhet əyalətində torpaq sürüşməsinin qurbanı olub, bir nəfər Kaqayan əyalətində suda boğulub.

Luson adasının 7 sakini itkin düşmüş sayılır.

Təbii fəlakət Palavan əyalətində də dörd nəfərin həyatına son qoyub, daha dörd nəfər itkin düşüb. Bəzi kəndlər su altında qalıb.

“Kompasu” tropik qasırğası Sakit okeanda oktyabrın 11-də başlayıb. Bu mövsüm Asiyada artıq 18-ci qasırğa qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR