Firudin Qurbanov: "Ölkənin bütün məktəbləri əsaslı təmir olunacaq"

Təhsil nazirinin müavini Firudin Qurbanov

© APA | Təhsil nazirinin müavini Firudin Qurbanov

# 16 sentyabr 2021 11:08 (UTC +04:00)

"Son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub".

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, ölkədə 4400-dən çox məktəb var. Bu məktəblərin əksəriyyəti rayonlarda, kəndlərdə yerləşir: “Bunlar bizə Sovet İttifaqı dövründən miras qalıb. O vaxt o məktəblər uyğun olmayan binalarda formalaşmışdı. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq ölkənin bütün məktəbləri müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq və harada lazım olsa, yeniləri tikiləcək. Bildiyiniz kimi, ən ucqar kəndlərdə modul tipli məktəblərin də tikintisi davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR