Fizika İnstitutu Hesablama Palatasının yoxlamaları ilə bağlı açıqlama yayıb

Fizika İnstitutu Hesablama Palatasının yoxlamaları ilə bağlı açıqlama yayıb
# 09 sentyabr 2021 17:10 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu Hesablama Palatasının İnstitutda apardığı yoxlamalarla bağlı məlumat yayıb.

Qurumdan APA-ya bildirilib ki, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması, tövsiyə və iradların nəzərə alınması, həmçinin belə nöqsanların gələcəkdə bir daha təkrar olunmaması üçün institutda müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Hesablama Palatası AMEA-nın Fizika İnstitutunda ayrılmış dövlət vəsaitlərinin icrası üzrə keçirdiyi audit nəticəsində qanunsuzluqlar aşkar edib və bununla bağlı Maliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR