Formula-1-lə əlaqədar bəzi küçələrdə tətbiq olunmuş məhdudiyyət vaxtından əvvəl aradan qaldırılacaq

Formula-1-lə əlaqədar bəzi küçələrdə tətbiq olunmuş məhdudiyyət vaxtından əvvəl aradan qaldırılacaq
# 06 iyun 2021 17:03 (UTC +04:00)

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:

07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.

Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.

Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR