“Formula 1” pilotları Bakıda ağacəkmə aksiyasına qoşulublar

“Formula 1” pilotları Bakıda ağacəkmə aksiyasına qoşulublar
# 05 iyun 2021 19:44 (UTC +04:00)

Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin pilotları 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə verib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aksiyada nazirliyinin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.

Xarici ölkələrdən gəlmiş qonaqların tədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və bu aksiya Azərbaycanda keçirilən Formula 1” yarışlarının tarixində bir yenilikdir.

Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR