“Formula-1” zamanı nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq küçə və prospektlər açıqlanıb - SİYAHI - VİDEO

Vaqif Əsədov

© APA | Vaqif Əsədov

# 26 may 2021 16:18 (UTC +04:00)

“Formula-1” Azərbaycan Qran Pri yarışının Bakı ərazisində keçirilməsi ilə bağlı Bakı halqası kimi tanınan əraziyə aid olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

APA-nın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yarışın marşrutu Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani küçələrindən keçməklə Bülbül prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri Neftçilər prospektinə daxil olaraq Əziz Əliyev küçəsindən Qoşa Qala qapısı Gənclər meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsi, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub. Bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, 31 may tarixindən 8 iyun tarixinədək qeyd edilən tədbirin təhlükəsizliyinin təmin edilməsi məqsədlə bu istiqamətə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir: “Alternativ yollar olaraq avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırırıq ki, Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək, Səməd Vurğun küçəsi iki istiqamətli sürücülərin ixtiyarına veriləcək. Həmçinin Azərbaycan prospektinə hərəkət Əhməd Cavad küçəsindən hərəkətin əksi istiqamətinə, Axundov parkından nəzərdə tutulub. Eyni zamanda Bünyad Sərdarov küçəsindən, Lermontov küçəsinə hərəkətin əksinə avtomobil sürücülərinin hərəkət etməsi üçün nəzərdə tutulub. Keçirilən tədbirin möhtəşəmliyini, ölkə əhəmiyyətli olduğunu nəzərə alaraq bir daha avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, bu istiqamətlər üzrə mümkün qədər şəxsi avtomobillərdən istifadə edilməsin. Eyni zamanda, bölgələrdən yaxınlaşmaqda olan sürücülərə bildiririk ki, Aeroport, Mərdəkan, Buzovna və ümumiyyətlə, o istiqamətə gedənlər şəhərin mərkəzi küçələrindən deyil, ən yaxşı halda Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Yaxud 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq meydanı ətrafından mərkəzə doğru hərəkət edənlər Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn və Parlament prospekti istiqamətinə hərəkət etməlidirlər”.

V. Əsədov qeyd edib ki, digər tərəfdən tədbirin keçirildiyi gündən iyunun 8-dək Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrindən Yusif Səfərov küçəsinin kəsişməsindən yalnız sağa hərəkət nəzərdə tutulub. Eyni zamanda, Yusif Səfərov küçəsindən düzünə Cavanşir körpüsü istiqamətində deyil, yalnız sağa, 28 may küçəsi ilə hərəkət olacaq. Şöbə rəisi bildirib ki, eyni zamanda Aeroport, Buzovna, Mərdəkan, Şüvəlan, Binə, Hövsan və həmin ərazilərdən mərkəzə doğru hərəkət edənlər də Heydər Əliyev prospekti və ya Nobel prospekti ilə hərəkət edərkən Nəcəfqulu Rəfiyev küçəsi vasitəsilə və yaxud Heydər Əliyev prospekti ilə metronun “Gənclik” və yaxud “Nərimanov” ərazilərindən keçməklə hərəkətə üstünlük verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR