Füzulidə piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Füzulidə piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb
# 30 sentyabr 2021 13:36 (UTC +04:00)

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR