Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
# 14 sentyabr 2021 11:24 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR