Gəncə İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüşüb - FOTO

Gəncə İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüşüb

© APA | Gəncə İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüşüb

# 05 noyabr 2021 16:38 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüş keçirib.

Gəncə İH-dən APA-ya verilən məlumatda bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğısı göz önündədir. Ölkə başçısının müvafiq göstərişlərinə əsasən dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.

Gəncədə də şəhid ailələri və qazilər daim diqqət mərkəzindədirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb, onların müraciətlərini dinləyib. Pandemiya qaydalarına uyğun şəkildə baş tutan görüşdə Nizami və Kəpəz rayon icra hakimiyyətlərinin nümayəndələri, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə əsasən mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər müraciətlər yer alıb. Şəhər rəhbəri iştirak edən şəhid ailələri və qaziləri tək-tək dinlədikdən sonra onları narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib, problemlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, şəhid ailələri və qazilərlə görüşlər bundan sonra da davam etdiləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR