Gəncə Şəhər İcra Hakimiyyətində onlayn vətəndaş qəbulu keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətində onlayn vətəndaş qəbulu keçirilib

© APA | Gəncə Şəhər İcra Hakimiyyətində onlayn qəbul

# 10 sentyabr 2021 13:18 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.

APA-nın yerli bürosundan verilən məlumata görə, müraciətlər iş yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin dam örtüyünün təmiri, işlə təmin olunma, müavinətlərin təyinatı , maddi köməklik, eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR