Gəncə şəhər İH başçısı sakinlərlə görüşüb - FOTO

Gəncə şəhər İH başçısı sakinlərlə görüşüb - <span class="red_color">FOTO
# 24 iyun 2021 14:51 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Gəncə İH-dən APA-ya verilən məlumata görə, görüşdə sakinləri narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb. Səsləndirilən məsələlər arasında işlə təminat, müalicə üçün göndərişin verilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi kimi məqamlar üstünlük təşkil edib.

Sakinlərin müraciətlərini tək-tək dinləyən İH başçısı, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanuna müvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR