Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub - <span class="red_color">FOTO

© APA | Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

# 16 iyun 2021 11:38 (UTC +04:00)

Gəncədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Gəncənin baş meydanında quraşdırılan monitorda Ulu öndər Heydər Əliyevin siyasi fəaliyətinə həss olunan “Qurtuluş” filmi nümayiş etdirilib. 

Gəncə İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, daha sonra Heydər Əliyev Park-Kompleksindəki Amfiteartda karantin rejimi qaydaları nəzərə alınmaqla konsert proqramı təşkil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Göygöl Təhsil Mərkəzinin Gəncə filialının təşkilatçılığı ilə baş tutan tədbirdə qeyd olunub ki, 15 İyun - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü il iyun ayında Ulu ondər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qutuluşu kimi qeyd olunur.

Rəsmi hissədən sonra Göygöl Təhsil Mərkəzinin Gəncə filialının istedadlı şagird və məzunlarının iştirakı ilə konsert proqramı təqdim edilib. Vətənpərvərlik mövzusuna həsr olunan şeir və mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR