Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTO - YENİLƏNİB - VİDEO - YENİLƏNİB

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası

© APA | Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası

# 19 avqust 2021 17:56 (UTC +04:00)

Gəncədə Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil olunub. Sakinlər gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşaraq qan veriblər.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Prokuroru Azad Qarayev, aparatın məsul işçiləri, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə şəhər İH-dən APA-ya verilən məlumata görə, ölkədə tədbiq olunan karantin rejimi qaydalarına uyğun şəraitdə gerçəkləşən aksiya zamanı həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Gəncə şəhərində hazırda 100 hemofiliya, 120 talassemiya xəstəsi var.

Qeyd edək ki, qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşa bilərlər.

***

10.16

Gəncədə Aşura gününə həsr olunmuş qanvermə aksiyası keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq insanlar Mərkəzi Qan Bankının Gəncə bölməsinə gələrək qan verirlər.

Toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Qan bankında əhalinin qan verməsi üçün hər bir şərait yaradılıb, məntəqə zəruri dərman və tibbi vasitələrlə təmin edilib. Aksiyada iştirak etmək istəyən şəxslərin əvvəl arterial təzyiqi ölçülür, qanıda hemoqlobinin miqdarı yoxlanılır. Sağlamlığında problem olmayan və 18 yaşdan yuxarı şəxslər qan verə bilirlər.

Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Vüsalə Səfərəliyeva APA-nın yerli bürosuna bildirib ki, aksiya pandemiya ilə əlaqədar olaraq Mərkəzi Qan Bankı və bölgələrdə yerləşən bölmələrdə həyata keçirilir. Onun sözlərinə görə, yığılan qan talassemiya və hemofiliya xəstələri üçün istifadə olunacaq.

Qeyd olunub ki, Gəncə şəhərində 100 hemofiliya, 120 talassemiya xəstəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR