Gəncədə boşandığı arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gəncədə boşandığı arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 03 noyabr 2021 09:12 (UTC +04:00)

Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Qafar Amanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu Məmməd Xələfov küçəsində qətl hadisəsi baş verib.

Şəhər sakini 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızı 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu tərəfindən qətlə yetirilib.

Qadın yaşadığı evin qarşısında bıçaqla öldürülüb.

İlkin məlumata görə, Günay Amanova Qafar Amanovla evil olub. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra təxminən 2 ay əvvəl rəsmi şəkildə ayrılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR